Abşeron və Bakıda iki qadını maşın vurdu
Bizi izləyin

Hadisə

Abşeron və Bakıda iki qadını maşın vurdu

Abşeronda və Bakının Nizami rayonunda iki qadının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Publika.az xəbər verir ki, Abşeron rayonunun Hökməli dairəsi kimi tanınan ərazisində yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Hidayətova Zemfira Əlisahib qızını minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər hadisə isə Nizami rayonunun 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

1952-ci il təvəllüdlü Bəşirova Bənövşə Kərim qızı yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya yerləşdirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm