Bakıda "narkobaron" həbs edildi
Bizi izləyin

Hadisə

Bakıda "narkobaron" həbs edildi

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Goranboy rayon sakini Elməddin Hüseynovdan 3 kiloqram 650 qram marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm