
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, hadisə metronun 20 Yanvar stansiyası yaxınlığında qeydə alınıb.
1986-cı il təvəllüdlü Hüseynov Niyazi Rəsul oğlu hələlik adı açıqlanmayan şəxslə mübahisə edib. O, mübahisə zəminində bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. (report)