Vəzifəli şəxslərin adından dələduzluq edənlərə ağır cəza
Bizi izləyin

Hadisə

Vəzifəli şəxslərin adından dələduzluq edənlərə ağır cəza

Dələduzluqda təqsirləndirilən 1978-ci il təvəllüdlü Alim İbrahimov və keçmiş məhkum, 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Alim İbrahimov 9 il, Tərlan Comərdov 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Tərlan Comərdov və Alim İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. Tərlan Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün 2016-cı ilin avqust ayında 9 il müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra onun Alim İbrahimovla birlikdə başqa dələduzluq əməlləri ortaya çıxıb.

Hər iki şəxs Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.

Zərərçəkmişlərdən biri olan Feyzulla Qasımov Baku Medical Plazada baş həkimin müavinidir. O, ifadəsində bildirib ki, özünü vəzifəli şəxs kimi təqdim edən Alim İbrahimov dostunun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürüb və pulunu ödəməyib.

Təqsirləndirilən şəxslər sabiq polis rəisi və digər məşhur şəxslərə qarşı da dələduzluq ediblər.

Təqdirləndirilən hər iki şəxs Prezident Administrasiyası rəhbərinin sabiq müavini Əli Əsədovun və digər vəzifəli şəxslərin adından istifadə ediblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm