Hadisə
8-ci sinif şagirdlərinin mübahisəsi QANLA BİTDİ - BAKIDA

Paytaxtın Nərimanov rayonunda 151 saylı orta məktəbdə Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan şagirdi 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlunun Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisəsi xəsarətlə nəticələnib. F.Əliyev 2 bıçaq xəsarəti alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
151 saylı məktəbdən Publika.az-a bildirdilər ki, F.Əliyev onların şagirdi olsa da, hadisə barədə mətbuatdan oxuyublar:
“Bizim məktəbdə Fərid Əliyev adlı şagird təhsil alır. Lakin nə məktəbin daxilində, nə də həyətində belə bir hadisə baş verib. Biz hadisədən xəbərsizik”.
F.Əliyevin hazırda dərsdə olub-olmamasına gəldikdə, məktəbdən bu barədə məlumat verə bilməyəcəklərini dedilər.
F.Əliyevin yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdən isə Publika.az-a bildirdilər ki, yaralı əməliyyat edilib, hazırda reanimasiyadadır. Xəstəxanadan onun vəziyyəti barədə isə məlumat vermədilər.
Gülxar

-
Hadisə04:14
Sumqayıtda ticarət mərkəzindəki yanğının TƏFƏRRÜATI - VİDEO
-
ABŞ00:30
İlon Maskın BAŞI DƏRDDƏ - Qrup iddiası qaldırldı, "Tesla" avtomobillərində...
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onun cavabı sizi təəccübləndirə bilər
-
Sosial00:00
Şərurlu İsfəndiyarın oğlu HƏBS EDİLDİ
-
İdman19 Aprel 23:36
Millimizin üzvü evləndi - VİDEO
-
Magazin119 Aprel 23:24
Həbsdə olan menecer xəstəxanaya yerləşdirildi - FOTO
-
Hadisə19 Aprel 23:12
Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNDİ
-
Elm və təhsil19 Aprel 22:36
Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər