Hadisə
Qusarda faciəvi sevgi dramı: qız özünü qayadan atdı - (YENİLƏNDİ)
Qusar rayonunda baş vermiş dəhşətli intiharın təfərrüatı məlum olub. 2000-ci ildə Gədəzeyxur kəndində anadan olan və ailəsi ilə birgə Qusar şəhəri yeni yaşayış massivində yaşayan Nuranə Atluxanova sevdiyi şəxsə görə həyatına son qoyub.
Araşdırmalar zamanı məlum olub ki, N.Atluxanovanın ailəsi onun sevdiyi şəxslə ailə qurmasına razı olmayıb. Əvəzində Nuranənin başqa şəxslə evlənməsini istəyiblər. Orta məktəbi bu il bitirən 17 yaşlı qız isə bununla razılaşmayıb.
Dünən ailədə bu məsələ yenidən münaqişəyə səbəb olub və gənc qız evdən qaçıb. Ailə üzvləri dərhal polisə xəbər veriblər, həmçinin, özləri axtarışa başlayıblar. Çox keçmədən 17 yaşlı Nuranənin özünü yaşadığı evdən bir qədər aralıda yerləşən 8-10 metr hündürlüklü qayadan atdığı məlum olub. Ailə üzvləri Nuranəni axtararkən qayanın ətrafına polislərin yığıldığını görüblər və yaxınlaşdıqda dəhşətli mənzərə ilə qarşılaşıblar.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. (lent.az)
***
Qusar rayonunda 17 yaşlı Nuranə Atluxanovanın intiharının təfərrüatı məlum olub.
Publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, qız hazırda Qusar şəhərində yaşasa da, o, Gədəzeyxur kəndindəndir.
“Aatası Mahirlə anası Şəhla illər əvvəl ayrılıblar. Mahir tüfeyli həyat yaşayan biri idi. Nuranə anasının soyadını daşıyır. Şəhla həyat yoldaşından ayrılandan bir müddət sonra kənddə yaşadı. Hətta Nuranə 2-3-cü sinifləri də kənddə oxuyub. Sonra Şəhla ikinci dəfə ailə qurub. O vaxtdan rayon mərkəzində yaşayır. Qusar Dövlət Ləzgi Dram Teatrında aktrisadır, həm də mügənnilik edir”.
Sakinlər deyir ki, Mahir dəfələrlə həbs edilib, içki alüdəçisidir. Heç bir yerdə işləmir.
Ş.Atluxanovanın ikinci evliliyindən bir azyaşlı qızı var. Nuranənin intiharı bütün yaxınlarını şoka salıb. Nuranə slaklioz-onuğa sütunun əyriliyi xəstəliyindən əziyyət çəkirmiş. Hətta buna görə insanların içinə də çıxmaqdan utanırmış. Ehtimallara görə, Nuranə məhz bu səbəbdən intihara əl atıb.
***
Qusarda intihar faktı qeydə alınıb.
Publika.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Atluxanova Nuranə Mahir qızı özünü qayadan ataraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
Gülxar
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi