DƏHŞƏTLİ QƏZA: Mikroavtobus yük maşınıyla toqquşdu - 7 ölü
Bizi izləyin

Hadisə

DƏHŞƏTLİ QƏZA: Mikroavtobus yük maşınıyla toqquşdu - 7 ölü

Slovakiyada mikroavtobus yük avtomobili ilə toqquşub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində, Previdza ərazisində qeydə alınıb. İçərisində 9 nəfərin olduğu "Opel Vario" mikroavtobusu yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobus aşıb.

Qəza zamanı 7 nəfər ölüb. Daha 2 nəfər isə ağır xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Onlardan biri kritik vəziyyətdədir.

Polis faktla bağlı təhqiqata başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm