Şəkidə bələdiyyə binasında baş verən yanğın söndürüldü
Bizi izləyin

Hadisə

Şəkidə bələdiyyə binasında baş verən yanğın söndürüldü

Şəkidə bələdiyyə binasında baş verən yanğın söndürülüb.

Publika.az APA-ya istinadən bildirir ki, oktyabrın 18-i axşam saat 23:30 radələrindən başlayaraq rayonun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi, ümumi sahəsi 650 kv/m olan inzibati binada baş verən yanğın beş saatdan sonra bu gün 04:30 radələrində tam söndürülüb. Yanğın nəticəsində inzibati binanın 380 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və şəxsi heyətləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm