Hadisə
Bakıda sərnişin AVTOBUSUNDA QORXUNC ANLAR - VİDEO
Oktyabrın 16-sı saat 14:00-da İnşaatçılar prospektində taksi sürücüsü yol hərəkəti qaydasını pozub və 3 nömrəli xətt üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JH-287 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinləri təhlükə ilə üzləşib.
Bu barədə Publika.az-a “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məlumat verib.
Onun sözlərinə görə, hadisə avtobus Şəhidlər Xiyabanı istiqamətə hərəkət edərəkən baş verib.
“Təqdim olunan görüntüdə taksi sürücüsünün yol hərəkəti
qaydasını kobud şəkildə pozaraq, həm özünün həm də avtobusda olan
onlarla sərnişinin həyatını təhlükəyə atdığının şahidi oluruq.
Taksi sürücülərinin avtobusların dayanacaqlara daxil olarkən və
çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə
ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq yol hərəkəti zamanı
taksi sürücülərinin xüsusən ötüb keçmə və dönmə əməliyyatları
zamanı tələskənliyi ictimai nəqliyyat üçün böyük təhlükələr
yaradır.
Videodan aydın görünür ki, taksi sürücüsü avtobusu gözləməli olduğu
halda, anidən zolağı dəyişib avtobusun qarşısına keçərək təhlükəli
dönmə əməliyyatı həyata keçirir və açıq şəkildə qəza vəziyyəti
yaradır. Bu cür hadisələr zamanı əksər hallarda sərnişinlər avtobus
sürücüsünü günahlandırır və əsaslı və ya əsassız şəkildə onlara
dəymiş ziyanın ödənilməsi üçün “BakuBus”a müraciət edirlər. Ancaq
istənilən halda həmin şəxslərin hüquq-mühafizə orqanlarına müraciət
etmələri tövsiyyə olunur”.
M.Piriyev bildirib ki, hadisə zamanı qəza vəziyyəti yaradan taksi sürücüsünün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının avtobusun kameralarına aydın şəkildə düşmədiyi görünür.“Bununla belə həmin taksi sürücüsünün aidiyyatı orqanlar tərəfindən aşkar olunaraq qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunacağına inanırıq”.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ