İmişlidə yol qəzası - Yaralananlar var
Bizi izləyin

Hadisə

İmişlidə yol qəzası - Yaralananlar var

İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Otuziki kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində rayonun Qaraqaşlı kənd sakini, 51 yaşlı Qılman Maarif oğlu Abdullayev və Otuziki kənd sakini, 57 yaşlı Elmar Əliqusar oğlu Abışov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm