Hadisə
Bakıda anti-radarların satışı ilə məşğul olan dəstə tutuldu - - FOTO
Azərbaycanda avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən anti-radarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu tipli cihazların satışı ilə məşğul olan 3 nəfər Zaur İbrahimov, Samir Doroşenko və Fuad Rüstəmli saxlanılıblar. Adları çəkilən şəxslər anti-radarların satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Qeyd edək ki, avtomobil yollarında quraşdırılan radarlar sürücülərin sürət həddini aşmalarının qarşısını alan ölçü cihazlarıdır. Avtomobilə quraşdırılan anti-radarlar isə sürücünün müəyyən olunmuş sürət həddini aşmasına şərait yaradır ki, bununla da həmin sürücü özünün və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmış olur.
DİN sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə süni əngəl yaradan cihazlardan istifadəyə görə sürücü məsuliyyət daşıyır. Bu cür avadanlıqlardan istifadə edən sürücülər İnzibati Xətəlar Məcəlləsinin 342.9-cu maddəsinin tələbi ilə həmin anti-radar cihazları müsadirə olunmaqla 500 manatdan 800 manata qədər cərimə edilirlər.
Odur ki, DİN sürücülərə anti-radarların satışı ilə məşğul olan bəzi işbazların toruna düşməmək üçün sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan cihazları almamağı tövsiyyə edir.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı