Göyçayda 49 yaşlı kişi itkin düşdü - - FOTO
Bizi izləyin

Hadisə

Göyçayda 49 yaşlı kişi itkin düşdü - - FOTO

Göyçay rayon sakini 12 gündür itkin düşüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, rayonun II Ərəb kənd sakini, 1968-ci il təvəllüdlü Elşad Əlisahib oğlu İsmayılov noyabrın 14-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, ayağında qara ayaqqabı olub. E.İsmayılovun boyu 180 sm-dir.

Onu sonuncu dəfə noyabrın 21-də Bakı şəhəri, Suraxanı rayonunda görüblər. E.İsmayılovu görənlərdən xahiş olunur ki, aşağıdakı nömrəli telefonlarla əlaqə saxlasınlar: - 051-351-52-57, 050-300-23-27.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm