Sabirabadda DƏHŞƏTLİ QƏZA: 1 ölü, 8 yaralı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Sabirabadda DƏHŞƏTLİ QƏZA: 1 ölü, 8 yaralı (YENİLƏNDİ)

Sabirabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub. APA-nın xəbərinə görə, “Mercedes” markalı 90 DO 551 dövlət nömrə nişanlı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Əhmədov Əjdər hadisə yerində ölüb.

“Mercedes”in sərnişinləri Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı, 1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Atamoğlan oğlu, “Azsamand” markalı 90 UR 412 dövlət nömrə nişanlı avtomobili idarə edən avtomobili idarə edən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmannov Səməd Tahir oğlu, daha 4 nəfər yüngül xəsarət alıb.

Xəsarət alanlardan 3 nəfəri azyaşlı uşaq olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm