Bakı sakini qonşusu tərəfindən qətlə yetirildi - 9 bıçaq zərbəsi
Bizi izləyin

Hadisə

Bakı sakini qonşusu tərəfindən qətlə yetirildi - 9 bıçaq zərbəsi

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 126 ünvanında qeydə alınıb.

Hadisə zamanı 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın qarşısında bıçaqlanıb. Məlumata görə, o, avtomobilini park edərkən qonşusu ilə mübahisə edib. Mübahisə nəticəsində qonşusu ona 9 bıçaq zərbəsi vurub.

Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktı Yasamal Rayon Prokurorluğu araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm