Mingəçevirdə zəncirvari qəza - 3 maşın...
Bizi izləyin

Hadisə

Mingəçevirdə zəncirvari qəza - 3 maşın...

Mingəçevir şəhərində 3 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

”Report” xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində - Polis şöbəsinin qarşısında qeydə alınıb.

Belə ki, axşam saatlarında “Nissan”, KİA və “VAZ-21011 “ markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, hadisə yerinə çağırılan təcili yardım xidməti yüngül xəsarət alanlara yerindəcə tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm