Hadisə
Yol polisləri kanala düşən maşından qadını və uşağını xilas etdi - - FOTO/VİDEO
Yol Patrul xidmətinin əməkdaşları kanala düşən avtomobildən qadını və azyaşlı uşağı xilas ediblər.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə fevralın 18-də saat 19 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində baş verib.
Yol Patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları Natiq Hüseynov və Ruslan Həsənov leysan xarakterli yağışlı havada qarşıdan gələn “Mercedes” markalı avtomobilin idarəetməni itirərək yoldan çıxaraq qamışlığa tərəf getdiyini və gözdən itdiyini görüblər. Tez həmin istiqamətə yollanan yol polisi əməkdaşları həmin maşının su kanalına aşdığını aşkar ediblər.
Suya qərq olmuş və salonu tamamilə su ilə dolmuş maşının qapısını güclə açaraq oradan qadını və azyaşlı uşağı xilas edə biliblər. Uşaq boğulmuş vəziyyətdə olduğundan onu bu vəziyyətdən xilas edərək, çətinliklə həyata qaytarıblar. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb. Qadın və uşağı yolun kənarına çıxaran yol polisi əməkdaşları əyinlərindəki paltarlarla onları bükərək yoldan keçən maşınla təcili Ağdaş rayon Mərkəzi Xəstəxanasına yola salıblar.
Dövlət Yol Polisi İdarəsinin 8-ci taqımının komandiri, polis mayoru Etibar İbrahimov bildirib ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gecikərdik və onları xilas etmək mümkün olmazdı.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Avtomobil Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsi ilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü - Oruc Hümmətzadənin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR