• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA: 2 ölü, 6 yaralı - FOTO

  • Hadisə
  • 16 Mart 2018 12:56
  • 974 Baxış
Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA: 2 ölü, 6 yaralı

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Hacıqabulun Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində iki qadının öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlardan biri “Mercedes”in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır.

Xəsarət alan uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar. (apa)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR