Bakıda yaşayış binasında yanğın lokallaşdırıldı - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasında yanğın lokallaşdırıldı - VİDEO (YENİLƏNDİ)

Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın tam lokallaşdırılıb.

Hadisə yerində yaradılan operativ qərargahdan Publika.az-a verilən xəbərə görə, inşa edilən binanın ümumi sahəsi 800 kv.m. olan yuxarı mərtəbəsində baş verən yanğın 600 kv.m. sahəni əhatə edib. Yanğın nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsini yanğından mühafizə olunub.

Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası cəlb edilib.

Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb.

Yanğının fəsadların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı şəhərində yeni tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Publika.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Yanğın binanın yuxarı mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm