Ziya Məmmədovun qohumuna 100 min atan şəxslə bağlı – Qərar
Bizi izləyin

Hadisə

Ziya Məmmədovun qohumuna 100 min atan şəxslə bağlı – Qərar

Bakıda mənimsəmədə təqsirli bilinən Sənan Cəfərov və Cəsarət Mustafayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, ittihama görə, Sənan Cəfərov 30 nömrəli marşrut xəttinə nəzarət edib.

O, M-Trans MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun 100 min manatdan çox pulunu mənimsəyib.

Sənan Cəfərov bu cinayəti tanışı Cəsarət Mustafayev ilə birlikdə törətdiyi məlum olub.

Sənan Cəfərov və Cəsarət Mustafayev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cəsarət Mustafayev isə şərti cəza alıb.

Hökmdən narazı qalan Sənan Cəfərovun vəkilləri apelyasiya şikayəti veriblər. Vəkillər müvəkkilinin barəsində şərti cəza təyin edilməsini istəyiblər.

Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti Sənan Cəfərovun vəkillərinin təqdim etdikləri apelyasiya şikayətini təmin etməyib.

Rövşən Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm