“Milyonerlər məhəlləsi”ndəki yanğın söndürüldü - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

“Milyonerlər məhəlləsi”ndəki yanğın söndürüldü - (YENİLƏNDİ)

Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində yerləşən villaların yaxınlığındakı ərazidə yanan mülk yox, obyekt olub.

Bu barədə Publika.az-a FHN Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, səhər saatlarında həmin ərazidə yanğınla bağlı zəng daxil olub: "İlkin daxil olan məlumata görə, səhər saatlarında paytaxtın sözügedən ərazisində yerləşən obyektlərdən birində yanğın başlayıb. Əməkdaşlarımız hadisə yerinə yollanıb. Yanğın söndürülüb. Hadisə nəticəsində zərərçəkən olmayıb. İlkin ehtimallara görə, yanğına elketrik naqillərində yaranan qısaqapanma səbəb olub".

***

Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb.

Hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.

Şahidlərin verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. (qafqazinfo)

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm