Hadisə
Sərhədi qanunsuz keçməyə cəhd edən 7 nəfər saxlanıldı
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iyun ayının ikinci yarısında 4 şəxsin saxta sənədlərlə, 3 nəfərin özgəsinə məxsus sənədlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıblar.
DSX-dan Publika.az-a verilən məlumata görə, iyunun 15-də Bakı–Riqa–Stokholm reysi ilə tranzit uçan İraq vətəndaşı, 1987-ci il təvəllüdlü Omar Ahmed Hasaballahın İsveçin daimi yaşayış kartının özgəsinə məxsus olması müəyyən edilib.
İyunun 19-da Dubay-Bakı reysi ilə gələn Rusiya vətəndaşı, 1992-ci il təvəllüdlü İnalov Umar Alxamidoviçin sərhəd nəzarətinə təqdim etdiyi Rusiya pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırıldığı bəlli olub. Saxlanılmış şəxsin üzərindən Ukrayna pasportu da aşkarlanıb. Araşdırma zamanı U.İnalovun 2016-cı ildən Rusiyada federal axtarışda olduğu üzə çıxıb.
İyunun 20-də Sankt–Peterburq–Gəncə reysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini 1962-ci il təvəllüdlü Həsənov Fizuli Vəli oğlunun pasport nəzarətinə təqdim etdiyi pasportun qardaşı Həsənov Nizami Vəli oğluna məxsus olduğu aşkarlanıb. İyunun 25-də Dubay-Bakı-Milan reysi ilə tranzit uçan Şri-Lanka vətəndaşı, 1996-cı il təvəllüdlü Vijayaseelan Tanjeevanın İtaliya yaşayış kartının saxtalaşdırıldığı aşkar olunub. İyunun 26-da Bakı–Moskva–Vyana reysi ilə tranzit uçan İraq vətəndaşı, 1980-ci il təvəllüdlü Jaafar Ammar Musa Jaafarın Avstriya yaşayış kartının saxta olması aşkarlanıb. Həmin gün Bağdad–Bakı reysi ilə gələn İraq vətəndaşı, 1999-cu il təvəllüdlü Al Saeed Muhammad Jawad Camalın pasportundakı İran vizasında fotoşəkilin özgəsinə məxsus olduğu müəyyənləşdirilib. İyunun 30-da İstanbul-Bakı reysi ilə gələn Bolqarıstan vətəndaşı, 1973-cü il təvəllüdlü Dmitrov Valentin Konstantinovun isə pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırıldığı müəyyən edilib.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi