Hadisə
Şamaxıda avtomobil gölə düşdü, sürücü öldü
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında rayonun Hacıqədirli kəndində qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Hacıyev İlqar Balakişi oğlu idarə etdiyi 90-LU-906 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənardakı gölə düşüb. Avtomobil suda tamamilə batıb. Hadisə zamanı sürücü İlqar Hacıyev avtomobilin içində suda boğularaq ölüb. Ölən şəxsin meyitinin və avtomobilin sudan çıxarılması üçün hazırda tədbirlər görülür.
FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır. (APA)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR