Masallıda minik və yük avtomobilləri toqquşdu: 4 yaralı
Bizi izləyin

Hadisə

Masallıda minik və yük avtomobilləri toqquşdu: 4 yaralı

Masallıda minik maşını ilə yük maşını toqquşub, 4 nəfər xəsarət alıb.

Hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb. "Shacman" markalı yük maşını ilə "Mercedes" markalı minik maşınının toqquşması zamanı sonuncunun sürücüsü, 1991-ci il təvəllüdlü Samir Şərafət oğlu Fərəcov, onun sərnişinləri - 1991-ci il təvəllüdlü Kənan Sakit oğlu Ağayev, 1995-ci il təvəllüdlü Cavid Azər oğlu Nəzərov və 1997-ci il təvəllüdlü İqrar Adıgözəl oğlu Fərəcli müxtəlif dərəcəli bədən xəsarəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm