Bu il narkotiklə bağlı 14 qadın həbs edilib – Rəsmi açıqlama
Bizi izləyin

Hadisə

Bu il narkotiklə bağlı 14 qadın həbs edilib – Rəsmi açıqlama

Bu ilin 6 ayı ərzində transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib.

Məlumata görə, nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 1708 (+100), o cümlədən onların satışı ilə bağlı 525 (+90) fakt üzrə cinayətkarlardan ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çox (+21,7%), bütövlükdə 734,5 kiloqram narkotik vasitə götürülüb, habelə 75 kiloqramın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 18 cinayətkar qrup zərərsizləşdirilib, ümumi çəkisi 79 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.

Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1162 nəfərdən 1009-u (86,8%) əmək qabiliyyətli işləməyən və oxumayan, 453-ü (39%) əvvəllər cinayət törətmiş şəxs, 14-ü (1,2%) qadınlardır.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm