Gürcüstanda azərbaycanlı heroinlə saxlanıldı
Bizi izləyin

Hadisə

Gürcüstanda azərbaycanlı heroinlə saxlanıldı

Gürcüstanın Kvemo Kartli bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Publika.az APA-ya istinadən bildirir ki, saxlanılanlardan biri Qardabani rayonunun Ağtəhlə kənd sakini 1975-ci il təvəllüdlü M. B. adlı şəxsdir.

Onun üzərində axtarış zamanı 3 bağlama heroin aşkar olunub.

Digər şəxs isə Rustavidə yaxalanıb. 1982-ci il təvəllüdlü şəxsin üzərində axtarış zamanı 2 bağlama heroin müsadirə olunub.

Hər iki şəxs günahını etiraf edib. Onları 5 ildən 8 ilədək azadlıqdan mərhumetmə cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm