Bakıda “Ford” və “KAMAZ” toqquşdu - Yaralananlar var
Bizi izləyin

Hadisə

Bakıda “Ford” və “KAMAZ” toqquşdu - Yaralananlar var

Bakının Qaradağ rayonunda “Ford” və “KAMAZ” markalı iki yük avtomobili toqquşub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

FHN-in hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm