Hadisə
Sumqayıtda DƏHŞƏT: Qadın müalicə aldığı xəstəxanadan özünü atdı - TƏFƏRRÜAT
Sumqayıt şəhərində 2 saylı Şəhər Xəstəxanasında müalicə alan 66 yaşlı qadın intihar edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Publika.az-a açıqlamasında bildirib ki, qadın ayağında qanqrena yarandığına görə xəstəxanaya yerləşdirilib: “Məhrubə Əsgərova şəkər xəstəsi olub, həm də ürəyindən əməliyyat edilib. Ayağında qanqrena yaranmasına görə psixoloju vəziyyəti də yaxşı olmayıb. Oğlu və həyat yoldaşı onu xəstəxanaya yerləşdirib. Ailə həkimlərdən ona həm də psixoloji dəstək olmalarını istəyib. Həkimlər də qadınla bu istiqamətdə söhbət aparıblar. Qadın həm də əməliyyata hazırlanıb”.
P.Abubəkirov bildirib ki, əməliyyatdan bir gün əvvəl qadın intihar edib: “Yanında hər zaman yaxınları olub. Əməliyyatdan bir gün əvvəl o, ayaqyoluna gedəcəyini bildirib. Ayaqyolunda pəncərəni açaraq oradan özünü atıb. Qadının ağrılara dözə bilməməsi və ya başqa səbəbdən intihar etməsi ilə bağlı Sumqayıt Prokurorluğu araşdırma aparır”.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi