Azərbaycanda kürəkəndən DƏHŞƏTLİ ƏMƏL - Saatlıdakı cinayətin TƏFƏRRÜATI - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda kürəkəndən DƏHŞƏTLİ ƏMƏL - Saatlıdakı cinayətin TƏFƏRRÜATI - VİDEO - (YENİLƏNDİ)

Saatlı rayonunda 28 yaşlı Xəyal Həşimovun qaynanasını qətlə yetirməsinin və həyat yoldaşını ağır yaralamasının bəzi təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, Bakı şəhərində yaşayan ailə boşanma üçün məhkəməyə müraciət edib. Bu səbəbdən aralarında yarana biləcək qarşıdurmadan ehtiyat edən X.Həşimovun həyat yoldaşı, 25 yaşlı Gülbikə Nurəddin qızı Həşimova Saatlı rayonundakı ata evinə sığınıb. Lakin həyat yoldaşından boşanmaq istəməyən X.Həşimov ötən gün axşam saatlarında sərxoş vəziyyətdə həmin evə gedərək həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. G.Həşimovanın anası Hökumə Alışova qızını xilas etmək istəyərkən X.Həşimov ona 7 bıçaq zərbəsi endirib. Nəticədə H.Alışova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

X.Həşimov həmçinin həyat yoldaşını da ağır yaralayıb. G.Həşimova Saatlı Rayon Mərkəzi Xəstəxanasına, daha sonra əməliyyat olunmaq üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Cinayəti törədən X.Həşimov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (report)

***

Saatlı rayonunda qətl hadisəsi baş verib.

Nərimankənd kəndində yaşayan Həşimov Xəyal axşam saatlarında 1960-cı il təvəllüdlü qayınanası Alışova Hökumə Mirqədir qızını bıçaqlayaraq qətlə yetirib.

O, həmçinin 1993-cü il təvəllüdlü həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını ağır yaralayıb. Sonuncu Saatlı Rayon Xəstəxanasına yerləşdirilib. Qətlin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm