Evdən külli miqdarda pul və qızıl oğurladılar
Bizi izləyin

Hadisə

Evdən külli miqdarda pul və qızıl oğurladılar

Naftalanda külli miqdarda dəyəri olan qızıl və pul oğurlamış şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naftalan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də rayon ərazisindəki evlərin birindən 3500 manat, 200 ABŞ dolları və 120 lari, habelə 11110 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuş Səbuhi Səmədov və Ruslan Əsgərov saxlanılıb.

Tutulan şəxslərin ətrafında araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm