Qəçrəşdə qaçırılan avtomobil Bakıda kameraya düşdü - POLİS YAXALADI
Bizi izləyin

Hadisə

Qəçrəşdə qaçırılan avtomobil Bakıda kameraya düşdü - POLİS YAXALADI

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 1-də saat 14 radələrində Quba şəhər sakini Veysəl Mirzəbəyovun “Volkswagen” markalı avtomobilinin Qəçrəş kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan nəqliyyat vasitəsi paytaxtın Nizami rayonu Q.Qarayev prospektində onu qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Pərviz Hüseynovla birgə saxlanılıb.

Həmin gün saat 13 radələrində isə Bakı şəhər sakini Yadigar Əkbərovun “VAZ-2106” markalı avtomobilinin Zirə qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə daxil olmuş məlumatla əlaqədar Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil qısa müddətdə qəsəbə ərazisində onu idarə edən Bakı şəhər sakini Eldar Qarayevlə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm