• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Bir ailənin 4 üzvünün faciəvi şəkildə öldüyü DƏHŞƏTLİ QƏZANIN ŞOK TƏFƏRRÜATI - FOTO/VİDEO (YENİLƏNDİ)

  • Hadisə
  • Xəbərin vaxtı: 3 Oktyabr 2018 23:00    Yeniləndi: 4 Oktyabr 2018 12:34
  • 14 865 Baxış
Bir ailənin 4 üzvünün faciəvi şəkildə öldüyü DƏHŞƏTLİ QƏZANIN ŞOK TƏFƏRRÜATI - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi (DİN) bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 3-də saat 21 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində Goranboy rayon sakinləri Azər Vəliyevin idarə etdiyi “VAZ-21011” və Raqib Nuriyevin idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub. Nəticədə A.Vəliyev və sərnişinləri - arvadı Rəna Rəcəbəliyeva, oğlu Rəvan və qayınanası Zeynəb Rəcəbəliyeva hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

Bərdədə avtomobil qəzası zamanı ölən 4 nəfər əsgər övladlarının yanından qayıdırlarmış.

Publika.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Bərdə rayonunun Mehdili kəndində baş verən dəhşətli yol qəzasında ölən Rəcəbəliyevlər ailəsi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər övladları ilə görüşdən geri dönürmüş.

Qeyd edək ki, gecə saatlarında "VAZ-21011" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə, Goranboy rayon sakinləri, "VAZ-21011" markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 68 yaşlı Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 48 yaşlı Rəcəbəliyeva Rəna Əli qızı və 13 yaşlı Vəliyev Rəvan Azər oğlu hadisə yerində ölüblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bərdə rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

Hadisə nəticəsində "VAZ-21011" markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 1950-ci il təvəllüdlü Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 1970-ci il təvəllüdlü Rəcəbəliyeva Rəna Əli qızı və 2005-ci il təvəllüdlü Vəliyev Rəvan Azər oğlu hadisə yerində keçiniblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

***

Bərdədə "Shacman" markalı yük maşını ilə "VAZ-21011"in toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

"Report"un məlumatına görə, qəza nəticəsində "Jiquli"nin Goranboy rayon sakinləri olduğu ehtimal edilən sürücüsü, həmçinin maşında olan iki qadın və bir uşaq həyatını itirib.

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

"Shagman"ı Nuriyev Raqif Səxavət oğlu idarə edib.

***

Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub.

"KamAZ" markalı yük avtomobili ilə "VAZ-21011" maraqlı minik avtomobili toqquşub. İlkin məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini ölüb.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>