Hadisə
Rusiyadan Azərbaycana köçən ailənin başına GƏLƏN DƏHŞƏT - ŞOK TƏFƏRRÜAT
Şəki rayonunda yaşadıqları evdə meyiti tapılan yaşlı ər və arvadla bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Şəki şəhəri, Salman Mümtaz küçəsindəki fərdi yaşayış evində qohumları tərəfindən meyiti tapılan 1937-ci il təvəllüdlü Bahadır Zalov və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Elmira Zalovanın 2 il əvvəl Azərbaycana köçdüyü məlum olub.
Belə ki, yaşlı ər-arvad uzun illər Rusiyada yaşayıblar. Onlar yaşlılıq dövrünü doğulduqları Şəki şəhərində keçirmək qərarına gəliblər və Azərbaycana qayıdıblar, övladları, nəvələri isə Rusiyada yaşamağa davam edib. 2 gün əvvəl yaşlı cütlükdən xəbər ala bilməyən yaxınları onların evinə gəliblər. Məlum olub ki, hər iki şəxs mənzildə vəfat edib. Onların üzərində hər hansı zorakılıq əlaməti də aşkarlanmayıb.
Şəki şəhər Prokurorluğunda aparılan ilkin araşdırma zamanı ər və arvadının dəm qazından boğulduğu müəyyənləşib.
Araşdırmalar davam etdirilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR