Hadisə
Fransada XÜSUSİ ƏMƏLİYYAT - Saxlanılanlar arasında azərbaycanlılar da var - VİDEO
Fransanın hüquq-mühafizə orqanlarının Lion şəhərində keçirdiyi geniş miqyaslı xüsusi əməliyyat zamanı gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu mütəşəkkil cinayətkar qruplaşmanın 22 üzvü saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilmiş brifinqdə məlumat verilib.
Bu gün keçirilmiş “VORS 69-01” adlı xüsusi əməliyyat zamanı saxlanılan şəxslərin 10-u Gürcüstan vətəndaşıdır. Onlardan 2-i "qanuni oğru"dur.
Fransa və Belçikada fəaliyyət göstərən cinayət qruplaşma üzvləri mənzil və avtomobillər qarət edib, saxta sənədlərin hazırlanması və narkotik istifadəsi ilə məşğul olublar.
Saxlanılan şəxslərin evlərində aparılmış axtarışlar zamanı zinət əşyaları, bahalı avtomobillər, külli muqdarda pul, silah, saxta sənədlər, digər əşyalar və müxtəlif narkotik vasitələr maddi sübut kimi müsadirə olunub. İstintaqla qruplaşmanın vurduğu ziyanın məbləğinin 400 min avrodan çox olduğu müəyyən edilib.
Xüsusi əməliyyatda Fransa, Belçika və Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Əməliyyata xüsusi qüvvələr, robot və helikopterlər də cəlb olunub. (Report)
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan