Hadisə
Saxta sənədlə Azərbaycana daxil olmaq istəyənlər yaxalandı - FOTOLAR
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə dövlət sərhədindən keçmələrinin qarşısı alınıb.
DSX-nin Mətbuat mərkəzindən Publika.az-a verilən məlumata görə, dekabrın 2-də Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Ənvər Coninin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması, 4 dekabr tarixində Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub.
Bundan başqa, 5 dekabr tarixində Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması, 6 dekabrda Ərbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Suar Solav Mohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub.
Həmçinin 7 dekabr tarixində Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Çaudhari Ravindrakumar Coitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR