Bakı-Qazax magistralında yük maşını belə aşdı - HƏRƏKƏT DAYANIB - FOTO
Bizi izləyin

Hadisə

Bakı-Qazax magistralında yük maşını belə aşdı - HƏRƏKƏT DAYANIB - FOTO

Bu gün Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “KamAZ” markalı yük maşını qəzaya uğrayıb.

Publika.az verir ki, mişar daşı ilə dolu yük avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə yük yola dağılıb və avtomobillərin hərəkəti dayanıb.

Hazırda yolda tıxac müşahidə edilir.

Yolun açılması üçün hadisə yerinə qaldırıcı kran və digər texniki vasitələr cəlb edilib.

Qeyd edək ki, məlumatı və fotoları təhsil eksperti Kamran Əsədov yayıb.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm