Gecə yarısı Bakıda FACİƏ - ÖLƏN VAR - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Gecə yarısı Bakıda FACİƏ - ÖLƏN VAR - YENİLƏNDİ

Bakıda baş vermiş ağır qəzada ölən şəxsin kimliyi müəyyənləşib.

Publika.az xəbər verir ki, yanvarın 20-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini Elsevər Mehdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Asif Allahverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

*****

10:38

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, gecə saat 01 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində “Mercedes” markalı minik avtomobili yolu keçməyə çalışan şəxsi vurub.

Ağır xəsarət alan 65 yaşlı kişi hadisə yerində vəfat edib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm