Azərbaycanda yanacaqdoldurma məntəqəsində operatoru belə soydular
Bizi izləyin

Hadisə

Azərbaycanda yanacaqdoldurma məntəqəsində operatoru belə soydular

Goranboyda soyğunçuluq hadisəsi baş verib.

Publika.az DİN-ə istinadən xəbər verir ki, fevralın 3-də Goranboy Rayon Polis Şöbəsinə daxil olmuş müraciətdə fevralın 1-də saat 23 radələrində Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gəlmiş dövlət qeydiyyat nişanları olmayan “Subaru” markalı avtomobilin sürücüsünün oradakı operatoru aldadaraq 90 manatını aldığı bildirilib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Subaru” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Quliyev və sərnişini İ.Həsənovun avtomobilə 10 manat dəyərində yanacaq doldurub xırda pullarının olmamasını əsas gətirərək 100 manat verəcəyini bildirməklə operatordan soyğunçuluq yolu ilə 90 manat alaraq hadisə yerini tərk etmələri müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən R.Quliyev və İ.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm