Hadisə
Zəlzələdən sonra rayonlarda vəziyyət necədir? - SON DURUM
Ötən gün İsmayıllı rayonu ərazisində baş verən zəlzələ respublikanın bir sıra şəhər və rayonlarında hiss olunub.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev Publika.az-a açıqlamasında bildirib ki, zəlzələnin episentrinin yerləşdiyi kənd daha çox Şamaxı və Ağsu rayonlarına yaxındır:
“Episentr İsmayıllıda olduğundan zəlzələ həm şəhər mərkəzində, həm də bütün kəndlərdə hiss edilib. Yalnız Sulut kəndində köhnə və əvvəldən qəzalı vəziyyətdə olan evlərdə çatlar əmələ gəlib. Hazırda həmin evlərə baxış keçirilir. Ancaq zəlzələnin təsiri daha çox Şamaxı və Ağsuda hiss olunub. Ümumiyyətlı, İsmayıllı seysmik zonadır. Rayonun 60 faizi dağlıq və yeni dağəmələ gəlmə zonasından ibarətdir. Ona görə də tez-tez aktivlik qeydə alınır”.
R.Ağayev bildirib ki, zəlzələ nəticəsində xəsarət alan olmayıb.
Ağsu rayon İcra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov zəlzələlənin Kalva və Dilman kəndlərində hiss edildiyini deyib:
“Həmin kəndlərdəki evlərin çatların yaranması barədə məlumat daxil olub. Hazırda əməkdaşlarımız həmin çatların vəziyyətini, onların yeni, yoxsa köhnə olmasını müəyyən edir. Ola bilər ki, əvvəlki çatlar bir az da dərinləşmiş olsun. Lakin zəlzələ nəticəsində dağıntı və ya xəsarət alan olmayıb”.
Gülxar
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?