Hadisə
Özəl klinikada həkim və işçilərin telefonunu oğurlayan saxlanıldı
Paytaxtda yerləşən özəl klinikalardan həkim və tibbi personala məxsus kabinetlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində yerləşən özəl klinikalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Belə ki, Nərimanov rayonu Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Elgün Rəşidzadə Bölməyə ərizə ilə müraciət edərək bildirib ki, çalışdığı müəssisədəki kabinetindən “İphone 6” və “İphone 7” markalı mobil telefonları naməlum şəxs tərəfindən oğurlanıb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanılıb.
Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə S.Həsənovun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus “Samsung Edge 7”, “İphone X” kimi 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə klinikalara pasient kimi müraciət edib. Daha sonra o, həkim və tibbi personala məxsus otaqları gəzərək boş kabinetlərdə olan qiymətli əşyaları oğurlayıb. Saxlanılan şəxsin oğurladığı mobil telefonları dəyər-dəyməzinə satdığı məlum olub.
Qeyd edək ki,S.Həsənovun klinikalardan etdiyi oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 16-cı Polis Bölməsinə müraciət edə bilərlər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR