• USD 1,7000 0,00% EUR 2,0661 -0,17%
    • GBP 2,3748 -1,35% RUB 0,0229 -0,87%

Təkanlar nə vaxtadək davam edəcək? - Seysmoloji Mərkəz

  • Hadisə
  • 8 Fevral 2019 22:10
  • 937 Baxış
Təkanlar nə vaxtadək davam edəcək? - Seysmoloji Mərkəz

Fevralın 5-də baş verən zəlzələdən sonra İsmayıllı və Ağsuda afterşokların qeydə alınması hələ də davam edir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, bu ərazilərdə hiss edilməyən yeraltı təkanlar baş verir:

"Bu təkanlar zəlzələnin episentrində qeydə alınır. Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Sonuncu zəlzələ fevralın 6-da saat 06:25:50-də Pirqulu stansiyasından 9 km qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR