Hadisə
Ağstafada 4 ədəd aviabomba aşkar edildi
Fevralın 11-də Ağstafa rayonunun Ceyrançöl qış otlaq sahəsində mərmi tapılıb.
Publika.az xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd təlim məqsədli (içərisində heç bir partlayıcı maddə olmayan) PŞ-50 aviabombaları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aviabombaların ətrafında 450 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
-
Sosial09:12
Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yasa gələnlər görün nələr danışdı - VİDEO
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ