Azərbaycana gələn avtomobildən bahalı telefonlar tapıldı - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycana gələn avtomobildən bahalı telefonlar tapıldı - FOTO

Avtomobildə gizlədilən mobil telefonlar aşkar edilib.

Publika.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil idarənin “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı gömrükçülər avtomobilin salonunda - dam örtüyünün altında 2 ədəd “Redmi Note 6 Pro”, 1 ədəd “Samsung Galaxy J4+”, 2 ədəd “Samsung Galaxy A7”, 3 ədəd “Samsung Galaxy J4 core” və 1 ədəd “Samsung Galaxy J6” markalı mobil telefonlar aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm