Qadınların cibinə girən şəxslər tutuldu
Bizi izləyin

Hadisə

Qadınların cibinə girən şəxslər tutuldu

Bakıda cibgirliklə məşğul olan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 4-də Bakı şəhər sakini A.Şamilovanın cibindən içərisində 200 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Qəmbərov saxlanılıb.

Bundan başqa Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 2 qadının içərisində pul və sənəd olan pulqabılarını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini A.Məmmədrəhimov saxlanılıb.

Tutulan şəxslərin ətrafında araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm