Zabratda ağır qəza - PİYADA ÖLDÜ
Bizi izləyin

Hadisə

Zabratda ağır qəza - PİYADA ÖLDÜ

Zabratda "VAZ-2107" piyadanı vurub.

Publika.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 25-də saat 23 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Abuzərli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Dilarə Səlimovanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm