Biləsuvarda avtomobildən silah tapıldı
Bizi izləyin

Hadisə

Biləsuvarda avtomobildən silah tapıldı

Biləsuvar rayon sakininin avtomobilində silah aşkarlanıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş Məlik Əzizov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın altından 16 kalibrli lüləsi və qundağı kəsilmiş "Obrez" tipli nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm