“Range Rover” piyadanı vurub öldürdü - FOTO
Bizi izləyin

Hadisə

“Range Rover” piyadanı vurub öldürdü - FOTO

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, Ağdaşdan Bakı istiqamətində hərəkətdə olan avtomobil Hacıqabul ərazisində dayanıb. Bir nəfər tualetə getmək üçün maşından düşərək yolun qarşı tərəfinə keçib. Xəyal adlı Ağdaş rayon Qoşaqovaq kənd sakini geri qayıdan zaman onu “Range Rover” markalı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən, yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm