Güclü yağış Lənkəranda uçquna səbəb oldu - FOTO
Bizi izləyin

Hadisə

Güclü yağış Lənkəranda uçquna səbəb oldu - FOTO

Yağıntılı hava şəraiti Lənkəranın dağ kəndlərinə gedən yollarda uçqunlara səbəb olub.

Publika.az xəbər verir ki, son bir neçə gündə aramsız yağan leysan xarakterli yağışlardan sonra Lənkəran rayonunun 3 kəndinə aparan yolda uçqunlar yaranıb. Problemlər 22 km-lik Hirkan-Daşdatük-Biləsər yolunun son 6 km-də Xanbulan, Daşdatük və Biləsər kəndlərinə gedən hissəsində yaranıb.

Sakinlərin bildirdiyinə görə, yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb. Yolun bir hissəsinin çökməsi ilə yol 1 metr yarım eninə, 10-15 metr uzunluqda yarğanlar yaranıb.

Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağı doğru sürüşərək qoruyuçu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var. Bu da istənilən anda yeni uçqunları qaçılmaz edir.

Dağ massivindən aşağı axan sel suları əsasən yolun su ötürücüləri keçən hissəsində dağıntılar yaradıb. Yolun bərpası istiqamətində tədbirlərin görülməsi məqsədilə texnikalar əraziyə gətirilib. Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulub. Qeyd edək ki,təmir-bərpa işləri hava şəraiti sabitləşəndən sonra aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm