Bakıda “Topaz”dan və ofisdən külli miqdarda pul apardılar
Bizi izləyin

Hadisə

Bakıda “Topaz”dan və ofisdən külli miqdarda pul apardılar

Bakıda oğurluq hadisələrinin üstü açılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən 4000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.İbrahimov saxlanılıb.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 30-da rayon ərazisindəki ofislərin birindəki seyfdən 5900 manat, 2450 ABŞ dolları və 200 avro pul, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Ağayev saxlanılıb.

Araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm