"İsrafil Hüseynov" gəmisində yanğının səbəbi açıqlandı - RƏSMİ (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

"İsrafil Hüseynov" gəmisində yanğının səbəbi açıqlandı - RƏSMİ (YENİLƏNDİ)

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində baş verib.

Publika.az-a şirkətdən verilən məlumata əsasən, baş verən yanğın nəticəsində müxtəlif dərəcəli yanğın xəsarətləri alan 14 nəfər "Citadel" gəmisi vasitəsi ilə gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Şirkət qeyd edib ki, baş verən hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur: "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq".

***

8 May

22:59

Xəzər dənizində borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.

Bu barədə Publika.az-a "Saipem" şirkətindən bildiriblər.

Şirkət qeyd edib: "Mayın 8-də, təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır".

"Saipem" həmçinin bildirib ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: "Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır".

Şirkətdən verilən məlumata əsasən, gəmidə baş verən yanğın söndürülüb.

***

8 May

22:30

Qəza ilə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" məlumat yayıb.

Məlumatda bildirilir ki, QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqlarin birində qəza baş verməsi barədə məlumatlıyıq:

"Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb.

Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məumatı “Saipem” yayacaq".

Bakupost.az-ın əldə etdiyi məlumata görə, partlayış nəticəsində yaralanan şəxslər arasında xarici vətəndaşlar da var. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

“Qafqazinfo” xəbər verir ki, yaralılardan 3-nün vəziyyəti ağırdır. İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

***

8 May

21:57

“Topaz Energy and Marine” şirkətinin Xəzər Dəniz Gəmiçiliyi QSC-dən kirayəyə götürdüyü “İsrafil Hüseynov” borudüzən gəmisi "Şahdağ" yatağında qəzaya düşüb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, nəticədə 12 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılara kömək üçün “Topaz Energy and Marine” şirkəti “Citadel” gəmisini əraziyə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm