Bakıda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Bakıda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda, Qala qəsəbəsi ərazisində baş verib.

"Volkswagen" markalı minik avtomobilinin arxadan "Vaz-21" markalı avtomobilə çırpılması nəticəsində "Vaz-21"-də olanlar- 1967-ci il təvəllüdlü Yusifov Neman Şəmsəddin oğlu, 1984-cü il təvəllüdlü Vəliyev Ruslan Ələkbər oğlu, habelə "Volkswagen"in sərnişini - 1988-ci il təvəllüdlü Hüseynli Günel Hikmət qızı xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm